Azərbaycanda məhkəmələr xaricdə yaşayan jurnalistlərə, blogerlərə və hökuməti tənqid edən digər şəxslərə qarşı siyasi motivli qiyabi hökmlər çıxarmağa davam edir.
Bu barədə “Human Rights Watch” təşkilatının Avropa və Orta Asiya üzrə direktor müavini Giorgi Qogiya açıqlama yayıb.
Giorgi Qogiya bildirib ki, bu hallar “Human Rights Watch”un sənədləşdirdiyi daha geniş repressiya dalğasının tərkib hissəsidir.
“Bu hallar Azərbaycan hakimiyyətinin xaricdə yaşayan tənqidçilərinə qarşı transmilli repressiya kampaniyasını genişləndirdiyini göstərir və diaspor icmalarının təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradır”, – Giorgi Qogiya vurğulayıb.
“Human Rights Watch” Azərbaycan hakimiyyətini mühacirətdə olan tənqidçilərə qarşı bütün siyasi motivli ittihamları ləğv etməyə, qiyabi hökmləri geri götürməyə çağırır. Təşkilat xarici dövlətləri də siyasi motivli ekstradisiya tələblərini icra etməməyə və öz ərazilərində yaşayan şəxsləri təqibdən qorumağa səsləyib.
Azərbaycan xaricdə yaşayan tənqidçilərə qarşı reperresiyani genişləndirir