Pakistan Əhli-Beyt Alimləri Məclisi İslam İnqilabının Liderinə dəstək bəyanatı yayıb

Pakistan Əhli-Beyt Alimləri Məclisi İslam İnqilabının Lideri Ayətullah Seyid Əli Xameneini dəstəkləyən sərt  bəyanat yayıb. Bəyanatda Ayətullah Xameneiyə qarşı edilən hər hansı bir hücum və ya cəhdin ABŞ tərəfindən müharibə elanı hesab ediləcəyi vurğulanıb.

Pakistan Əhli-Beyt Alimləri Məclisinin üzvü Əllamə Seyid Hüseyn Qərdizi bəyanatında ABŞ administrasiyasının qlobal inkişaflardakı dağıdıcı rolunu vurğulayıb. O, Donald Trampın rəhbərliyi altında ABŞ-ın dünya sülhü və sabitliyi üçün ciddi bir təhdidə çevrildiyini bildirib.

Gərdizi bəyanatında ABŞ-ın İran İslam Respublikasına və İslam İnqilabının Liderinə qarşı təxribatçı hərəkətlərini və təhdidlərini qətiyyətlə pisləyib.

Bəyanatda həmçinin Ayətullah Xameneinin İslam ümməti daxilində mərkəzi və mənəvi mövqe tutduğu və mənəvi lider kimi "qırmızı xətt" olduğu vurğulanıb.

Bəyanatda daha sonra bildirilir ki, İslam İnqilabının Rəhbərinə qarşı ən kiçik düşmənçilik hərəkəti və ya cəhdi belə qəbuledilməzdir və ciddi nəticələrə səbəb olacaq.