Seyyid Layiq Şiriyev azadlığa çıxıb

Aministiya aktı çərçivəsində icraat davam edir. Yanvarın 26-da Müsəlman Birliyi Hərəkatının daha bir üzvü seyyid Layiq Şiriyev də azadlığa çıxıb.

Layiq Şiriyev 2023-cü il mayın 15-də şiələrin kütləvi həbsi zamanı saxlanılmışdı. Narkotiklərlə ittiham olunan inanclı 2023-cü ilin 22 noyabr tarixində məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ötən gün o, cəza çəkdiyi 17 saylı müəssisədən azadlığa buraxılıb.

Xatırladaq ki, Aministiya aktı ilə 18 MBH üzvü azalığa buraxılsa da, hələ də həbsxanada 53 nəfər MBH üzvü qalmaqdadır.