Ayətullah Xameneiyə yönəlik hər növ hücum gözlənilməz nəticələrə yol aça bilər

Bəhreynin inqilabçı din alimi Şeyx Abdullah əd-Dəkkak, İslam İnqilabının Rəhbəri Seyyid Əli Xameneiyə yönəlik mümkün təhdidlər barədə açıqlamalar verib.

Əd-Dəkkak Ayətullah Xameneinin təkcə siyasi lider olmadığını vurğulayaraq, İslam dünyasında geniş təsirə malik böyük bir dini mərcə olduğunu bildirib.

O, müxtəlif ölkələrdə milyonlarla möminin Ayətullah Xameneini örnək aldığını qeyd edərək, bu mövqenin daşıdığı məsuliyyət və təsirlərin nəzərdən qaçırılmaması gərəkdiyini deyib.

Bəhreynli din alimi, həmçinin İnqilab Liderinə qarşı hər hansı təhdid və ya hücumun ciddi, təhlükəli və gözlənilməz nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.