“Onların başlarını nişan almaq əmri verilib” – İran aksiyalarında saxlanılanlardan şok ifadələr

İran kəşfiyyatı İmam Xameneinin təsviri olan pankartları yandıran şəxsləri həbs edib.

Bu barədə İranlı Jurnalist Telegram kanalı xəbər yayıb. Silahlı terrorçuların da saxlanıldığı bildirilir və onların ifadələrinə yer ayrılır.

Saxlanılanlar etiraf ediblər ki, onlara adamların başına güllə atmaq tapşırılıb. İddia olunur ki, bu zaman həmin şəxslərin bəziləri narkotik maddədən istifadə ediblər. Daha sonra kanal həbs olunanların ifadələrinə istinad edib.

Həbs olunan şəxslərdən biri ifadəsində “Reza Pəhləvi adı ilə İnstaqram hesabı var idi. O, mənə beş nəfərlik qrup yaratmağı təklif etdi. Mən beş nəfər üçün silah aldım”- deyib.

Digəri, “Mücahiddin-e Xalq” adlı təşkilatla əlaqəli isveçli bir həmsöhbətinin etirazları “silahla doyurmaq” lazım olduğunu” söylədiyini və onunla WhatsApp danışığı barədə bəhs edib.

Başqa bir nəfərə iğtişaşlar zamanı insanlara atəş açmaq və onların başlarını nişan almaq əmri verilib. Yayılan məlumatlara görə, digər həbs edilən şəxsə isə “Molotov kokteyli” ilə İranın ali dini lideri Ayətullah Xameneinin əks olunduğu plakatları yandırmaq əmri verilib.

Musavat.com