Avropa İttifaqının (Aİ) Şurası Rusiyanın “kölgə donanmasını” dəstəklədiyi deyilən daha beş fiziki və dörd hüquqi şəxsə sanksiya tətbiq edib.
Bu barədə dekabrın 15-də Aİ Şurasının pres-relizində məlumat verilib.
Şura bildirir ki, sanksiyaların məqsədi Rusiyanın Ukraynada apardığı işğalçı müharibəni maliyyələşdirməsinin qarşısını almaqdır.
Sanksiyalara məruz qalan şəxslərdən üçü - Anar Mədətli, Tələt Səfərov+ və Etibar Eyyub+ azərbaycanlı iş adamlarıdır.
Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçən və əvvəllər “Coral Energy” adı ilə tanınan “2Rivers Group” şirkətində səhmləri olan bu şəxslər Rusiyanın “Rosneft” şirkətindən aldıqları neftin mənbəyini gizlədərək satmaqda ittiham olunurlar.
"Onların hamısı Rusiya Federasiyası hökuməti üçün əhəmiyyətli gəlir mənbəyi olan bir iqtisadi sektorda fəaliyyətlə məşğuldur", - pres-relizdə deyilir.
Sanksiya tətbiq olunmuş fiziki və hüquqi şəxslərin aktivləri dondurulur və Aİ ölkələri vətəndaşları və şirkətlərinə bu şəxslərlə ticarət etmək qadağan olunur. Fiziki şəxslər əlavə olaraq səyahət qadağasına məruz qalır, bu da onların Aİ üzv dövlətlərinə daxil olmasını və ya bu ölkələrdən tranzit keçməsini əngəlləyir.
Hazırda Aİ Rusiyanın müharibəsinə dəstək olduğu deyilən 2,600-dən çox fiziki və hüquqi şəxsə sanksiya tətbiq edir.
Daha əvvəl - may ayında Britaniya hökuməti də sözügedən azərbaycanlılara eyni səbəblə sanksiya tətbiq edib.
Sanksiyalara məruz qalan şəxslərdən üçü azərbaycanlı iş adamlarıdır