Müsəlman Birliyi Hərəkatının üzvü Seyyid Mirtofiq Hüseynov cəza müddətini tamamlayaraq azadlığa buraxılıb. İnanclı fəal 6 dekabr səhər saatlarında 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsindən (Tubzon) azad edilib. Bununla o, dekabr ayında həbs müddəti bitərək azadlığa çıxan üçüncü MBH üzvü olub.
Qeyd edək ki, Mirtofiq Hüseynov inanclılara qarşı aparılan kütləvi həbslər fonunda 2022-ci il dekabrın 6-da saxlanılmışdı. O, saxta narkotik ittihamı ilə 27 dekabr 2023-cü ildə məhkəmənin qərarı əsasında 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Müdafiə tərəfi həm Apellyasiya Məhkəməsinə, həm də Ali Məhkəməyə müraciət etsə də, hər iki instansiya hökmü qüvvədə saxlamışdı
Seyyid Mirtofiq Hüseynov həbs müddətini başa vuraraq azadlığa çıxıb