İlahiyyatçı Hacı Elgün Axund son günlər geniş müzakirələrə səbəb olan altı inanclı xanımın saxlanılmasından yazdı. Öz sosial səhifəsində paylaşım edən ruhani məlum olayı qınadı:
“Bismillahir-Rəhmanir-Rəhim
Səfər ayı sona çatmaqla iki aylıq Məhərrəm-Səfər matəm günləri də yekunlaşır. Hər il olduğu kimi bu il də bu müqəddəs aylar bir sıra hadisələrlə yadda qaldı. Aşura və Ərbəin düşmənləri yenə də bu günlərin ruhani təsirini aradan qaldırmaq üçün müxtəlif vasitələrə əl atdılar.
Bir il İmam Hüseyn (ə) yazılı bayraqları endirməklə, başqa bir il uşaqların məscidlərə gəlişinə qadağa qoymaqla öz düşmənçiliklərini nümayiş etdirdilər. Bu il isə əsassız bəhanələrlə, saxta millətçilik və dinə qarşı təəssübkeşlik toxumları səpərək müəyyən kütləni İmam Hüseyn (ə)-a dil uzatmağa sövq etdilər.
Ən təəssüflü hal isə Ərbəin günü baş verdi: bir neçə dindar qadın yalnız İmam (ə) ehsanı payladıqlarına görə həbs olundu. Əqidəsinə və inancına görə qadının həbs edilməsi nə dini, nə milli, nə də insani dəyərlərə sığır. Belə bir hadisə cəmiyyətimiz üçün qəbuledilməzdir və heç bir halda başıucalıq gətirmir.
Biz əminik ki, birliyimizi qorusaq, bu kimi problemlərlə üzləşməyəcəyik. Qarşılaşdığımız çətinliklərin əksəriyyəti parçalanmamızın və hər kəsin ayrı-ayrılıqda hərəkət etməsinin nəticəsidir. Uca Allah Qurani-Kərimdə buyurur:
“Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir”.
(Ənfal surəsi, 46-cı ayə)
Allahdan diləyimiz budur ki, millətimizə və cəmiyyətimizə birlik, sabitlik və səbir bəxş etsin.
Hacı Elgün Axund”
İlahiyyatçı Hacı Elgün Axund da inanclı xanımların saxlanılmasına etirazını bildirdi