Anti-islam ritorikası ilə sosial media üzərindən paylaşımlar edən Elxan Nəbiyev bu günlər Quranı yandırması ilə bağlı növbəti paylaşım edib. Videoda o, İlahi kitab Quran haqqında aşağılayıcı fikirlər söyləyərək onun vərəqlərini qopararaq Allah kitabına od vurub.
Bu Elxan Nəbiyevin Qurani-Kərimi ilk yandırması faktı deyil. Ötən ilin yayında da o, Quran parçalayaraq ona od vurmuşdu. Əməllərin cəzasızlığı isə növbəti ildə də onun Quranı yandırmasına səbəb olmuşdu.
Məsələnin hüquq müstəvisində həlli ilə bağlı hakimiyyət hələ də heç bir addım atmaması təəssüf doğurur. Hansı ki, Quran milyonlarla müsəlmanın ehtiram və inam nöqtəsidir. Qəribəsi odur ki, eyni addım Avropa ölkələrində baş verdiyi zaman Azərbaycan mediaları bunu "Qərbdə İslamafobiya" adı altında dərc etdiyi halda Azərbaycanda eyni hadisənin ölkədə artan anti-islam abu-havasının nəticəsi olaraq dəyərləndirmə aparmadan üzərindən keçirlər.
Elxan Nəbiyev növbəti dəfə Quranı yandırıb