Daxili İşlər Nazirliyinin mətbuat xidməti Bakının Xəzər rayonunda dini ayin keçirmək istəyən bir qrup şəxsin həbs olunduğu haqqında məlumat yayıb. Məlumata görə, polisin əməliyyatı nəticəsində Nigar Bağırova, Aytən İbrahimova, Şəhla Fərəcova, Xoşqədəm Quliyeva, Şərqiyyə Sadıqova və Arzu Hüseynova adlı xanımlar saxlanılıblar.
Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçildiyi bildirilir.
Sosial mediada yayılan video görüntülərdə xanımların Ərbəin (İmam Hüseynin şəhadətinin 40-ı) günündə küçədə ehsan payladıqları əks olunur.
Lakin onların Cinayət Məcəlləsinin hansı maddələrilə ittiham olunduğu açıqlanmır. Əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.
İnanclı xanımlar saxlanılıb