Ayətullah Sistanidən özü ilə bağlı Ərbəin zəvvarlarına müraciət

Böyük təqlid müctehidi Ayətullah əl-Üzma Seyid Əli Sistani  bir daha öz şəkillərinin İmam Hüseynin (ə) Ərbəin ziyarəti zamanı zəvvarların piyada keçdiyi marşrutlarda asılmasına qarşı çıxdığını bəyan edib.

Ayətullah Sistaninin Nəcəfdə yerləşən ofisinin verdiyi rəsmi açıqlamada deyilir:

“Bismillahir-Rahmanir-Rahim

Müşahidə olunur ki, bəzi siyasi və ictimai xidmət qurumları Ayətullah əl-Üzma Sistaninin şəkillərini plakat və afişalar şəklində ictimai yerlərdə, xüsusilə də Ərbəin zəvvarlarının piyada hərəkət etdiyi marşrutlar boyunca yerləşdirirlər.

Bu davranışın uyğun görülmədiyi bir daha vurğulanır və hər kəsdən belə addımlardan çəkinməsi xahiş olunur. Aidiyyəti qurumlara da bu istiqamətdə müvafiq tədbirlər görmələri tövsiyə olunur.”