"Bavariya" "Lion"u, "Roma" isə "Lans"ı məğlub etdi

"Arena Münhen" stadionunda keçirilən yoldaşlıq oyununda "Bavariya" "Lion"la qarşılaşıb. 

Görüş Almaniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

İtaliyanın "Roma" klubu isə yoldaşlıq matçında "Lans"ın qonağı olub.

Qarşılaşma "Bolart-Delelis" stadionunda (Lans, Fransa) keçirilib. 

Görüş İtaliya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.