Məhbus həyatı - cəhənnəm qapıları arxasında yaşananlar. 2-ci hissə

1-ci mərhələ

Böyük İslam mütəfəkkirlərinin şeytan haqqında söylədikləri çox mükəmməl bir deyim bu məqamda yerinə düşəcək qədər dəqiqdir. İslam din xadimləri insanları şeytan və onun tələsi ilə bağlı ehtiyatlı olmağa çağıraraq çox gözəl bir cümləni tez-tez təkrarlamış olurlar. “Şeytan milyon illərdir ki, insan aldatmaq, onu əzib məhv etmək, yoldan çıxarmaqla məşğul olan təcrübəli bir yol keçib. Sizin şeytanla tanışlığınız ilk və təzə olsa da, onun bəni-adəmlə tanışlığı ilk insanın yaradılışına söykənir.

Milyonlarla illərdir ki, bu ədavətli düşmən insana qarşı mübarizə aparır və hər ötən gün daha çox və daha incə təcrübə qazanmış olur. Buna görə də, sizin addımınız sizə görə möhkəm görünə bilər. Ancaq unutmayın ki, o, bu addımla artıq saysız insanları aldadaraq günah girdabında məhv edib. Bu bəlaya uğramamaq üçün olduqca diqqətli və Allah qanunlarına ciddi riayət edən bir zireh geyinib özünüzü qorumaqla bir anlıq diqqəti əlinizdən verməməlisiz. Əks halda bu sizin əbədi məhvinizə səbəb olacaq bir bəlaya gətirib çıxara bilər. Bir daha unutmayın, şeytan saysız insan toplumunu aldadaraq unikal bir təcrübə qazandığı halda sizin onunla qarşılaşmanız ilk təcrübə olduğu üçün onun tələsinə düşmə ehtimalınız olduqca böyükdür.”

Bu sətirlər mücərrəd şeytan haqqında söylənilsə də, bunun mütləq insan cildli nümayəndələri də təcrübi olaraq deyilənlərin icrasında eynilik daşıması gözlə müşahidə ediləndir. Həbsxana həyatına ilk qədəm qoyan insan, hansı ki, bu günün məhbuslarının böyük əksəriyyəti şərləmə maşınının qurbanı olaraq günahsızdır və cinayət aləmi ilə heç bir əlaqəsi olmadığından nə bu aləmi tanımır, nə də burada olmayıb deyə qaranlıq dünyada bir neçə çətinlik yaşayır.

Onun ilk çətinliyi heç zaman təsəvvür etmədiyi bir aləmə, həbsxanaya gəlib çıxmasıdır. Tale Bağırzadənin “Zindandan İnqilaba” adlı kitabında bu barədə incə məqamlara yer verdiyi təhlillər, həqiqətən də bu prossesdə yaşanan bir çox yanlışlıqlara, tələlərə düşməmək üçün çox gözəl təcrübi bələdçidir.

Həbsxanaya ilk düşən şəxs üçün bura artıq mühit dəyişilkiyi baxımından sıxıcıdır. Buna əlavə olaraq, yaxınlarından ayrı düşmə, qanunun ziddinə olaraq şərlənməsi, yalançı ittihamlar, saxta şahidlər, filmlərdə saxlanılan zaman oxunan hüquqların əksi olaraq fiziki zorakılığa məruz qalması və sair bu kimi faktlar onun gərginlik yaşadığı vəziyyətdir və belə bir ortamda rassional məntiqi qorumaq olduqca çətindir.

Bu şəraitdə milyon illərin təcrübəli “şeytanları” oyuna gələrək məhbusun ilk təsirini yaradan tərəflərdir. Müəsisə rəhbərliyindən adi mühafizə işçisinə qədər rejimin əsas sitemində çalışan istənilən oyunçular, ola bilər ki, onların başlıca işi məhbusu təsirləndirməkdir.

2-ci hissənin sonu