İran və İraq rəsmiləri Ərbəin mərasimi müzakirə etdi

Tehran və Bağdadın rəsmiləri Ərbəin mərasimi ilə bağlı görüş keçiriblər.

İranın Bağdaddakı səfiri Məhəmməd Kazım əl-Sadiq ilə İraqın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müşaviri və İraq Ərbəin Komitəsinin rəhbəri general Riyad əl-Hiyqani arasında Ərbəin ilə bağlı danışıqlar baş tutub.

Görüş zamanı nəqliyyat mövzuları, iranlı moukəblərin (ikram çadırlarının) İraqa girişi, zəvvarların sərhədi keçməsi və sərhəd keçid məntəqələrinəd giriş-çıxışın asanlaşdırılması, sağlamlıq və müalicə ilə bağlı məsələlər, Pakistan və Əfqanıstan kimi digər ölkələrdən gələn vətəndaşların İran üzərindən keçərək İraq ərazisinə daxil olması, mərasimlərin təhlükəsizlik tədbirləri, İran Mərkəzi Ərbəin Qərargahı ilə İraq Ərbəinin Təşkili Komitəsi arasında yaxın gələcəkdə ortaq komitə iclasının keçirilməsi və Ərbəin ilə bağlı digər koordinasiya məsələləri müzakirə edilib.

Əldə edilən razılaşmaya əsasən, iki ölkə heyətlərinin iştirakı ilə ən qısa zamanda koordinasiya iclası təşkil ediləcək.