İsrailin Qəzzada əməliyyatları nəticəsində son sutkada 50-dən çox fələstinli həlak olub

İsrail Ordusunun son 24 saat ərzində Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində 50-dən çox fələstinli həyatını itirib.

Bu barədə Qətərin "Al Jazeera" telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, ölənlər arasında mərkəzi Qəzzada yerləşən Nuseyrat qaçqın düşərgəsindəki kafeyə endirilən hava zərbəsi nəticəsində həlak olan altı nəfər də var. Yaralanan 115 nəfər bölgədəki xəstəxanalara yerləşdirilib.

"Al Jazeera" əlavə edib ki, İsrail Ordusu Qəzza zolağının şimal və mərkəzi hissələrinə, o cümlədən Qəzza şəhəri və Deir əl-Bəlah bölgəsinə aviazərbələr endirməyə davam edir.