“Toplum TV işi“ üzrə həbs olunan jurnalist Fərid İsmayılov 20 gündür aclıq aksiyası edən Tofiq Yaqubluyla bağlı ictimaiyyətə və Azərbaycan hakimiyyətinə müraciət edib.
F.İsmayılov bildirib ki, jurnalist olaraq Tofiq Yaqublunun məhkəmə proseslərini dəfələrlə monitorinq edib və ictimailəşdirib.
“İstintaq orqanlarının topladığı “sübut”ların heç biri bu proseslərdə təsdiqini tapmayıb. İndi isə 9 il həbs cəzasına məhkum edilən Yaqublu, həbsinə etiraz olaraq günlərdir aclıq aksiyası keçirir. Bu aksiya Yaqublunun həyatına son qoya bilər. Çünki onun daxili orqanlarında ciddi problemlər var. Azərbaycan hakimiyyətinə səslənirəm: Jurnalistləri, tənqidçilərini şərləmək çıxış yolu deyil. Məqsədin Yaqublunun və digərlərinin cəzlandırılmasıdır. Bu repressiyanız nə vaxta qədər davam edəcək? Yaqublunun “cəzasını” mən çəkməyə hazıram. Yetər ki, sən öldürmə, azad et!”? o yazıb.
Tofiq Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. O, aprelin 1-dən azadlığa buraxılması tələbilə aclıq aksiyası keçirir.
O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.
Siyasətçi ittihamları qurama sayır.
Bu, siyasətçinin ilk aclıq aksiyası deyil.
O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzlənmişdi.
Fərid İsmayılov: “Tofiq Yaqublunun cəzasını çəkməyə hazıram”