“Bəzi zorakı hökumətlərin müzakirəyə israrlı olması problemlərin həlli üçün deyil”

“Bəzi zorakı hökumətlərin müzakirəyə israrları problemləri həll etmək üçün deyil, ağalıq etmək və öz gözləntilərini tətbiq etmək üçündür. İran İslam Respublikası onların gözləntilərini qətiyyən qəbul etməyəcək”.

Bu barədə İslam İnqilabının Ali lideri Ayətullah Xamenei bəyan edib.

İslam İnqilabının Ali Rəhbəri çıxışının başqa bir hissəsində vurğulayıb: “Qərb mədəniyyətinin əsasları İslamın əsaslarına ziddir və biz onun ardınca gedə bilmərik. Biz dünyanın istənilən yerində hər bir üstünlükdən yararlana bilərik və istifadə etməliyik, amma əsaslar baxımından biz Qərb mədəniyyətinin əsaslarına arxalana bilmərik”.

“Qərbdə ikili standartlar həqiqətən Qərb mədəniyyəti üçün biabırçılıqdır. Bu ikili standarta misal olaraq informasiyanın sərbəst axını iddiasını göstərmək olar” – deyə o qeyd edib.

“Qərb kiberməkan aparatında Hacı Qasım, Seyid Həsən Nəsrullah və şəhid Həniyyənin adlarını çəkə və Hitler Almaniyasının yəhudilərə qarşı törətdiyi iddiaları inkar edə bilərsinizmi?”, – deyə o əlavə edib.

Ayətullah Xamenei bildirib: “Avropalıların İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlı iddiası çox zorakı sözdür”.

O, avropalılara xitabən deyib: “Həyasızlığın da həddi var”.