"Azərbaycanda qadın jurnalistlərin haqsız yerə həbs edilməsi yanlış, utanverici və qorxaqlıqdır".
Norveç Helsinki Komitəsinin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bağlı açıqlamasında belə deyilir.
Komitə bildirir ki, "AbzasMedia”, "ToplumTV" və "MeydanTV" 2023-cü ildən hökumətin repressiyaları ilə üzləşib.
"Həbsdə olan qadın jurnalistlərin bəzilərinin ciddi sağlamlıq problemləri var, onlara təcili tibbi yardım lazımdır. Həbsxanada təhlükəli şərait və adekvat tibbi xidmət almaqda çətinlik səbəbindən məhkəməyəqədər həbs müddətində onların həyatları risk altındadır”, - NHK bildirir.
Təşkilat onu da qeyd edir ki, "qürurla qadına dəyər verdiyini iddia edən bir ölkədə səkkiz tənqidçi qadının cəzalandırılmasının ironiyası sözlə əməlin ziddiyyətindədir.
ToplumTV
Azərbaycanda qadın jurnalistlərin həbs edilməsi yanlış və utancvericidir