Pakistanda növbəti intiharçı hücumu

Pakistanın Xeybər Paxtunxva əyalətində hərbi obyektə intiharçıların hücumu nəticəsində ilkin məlumatlara görə, 4-ü uşaq olmaqla 12 nəfər ölüb, 30 nəfər yaralanıb.

Bu səhər Pakistanın Xeybər-Paxtunxva əyalətinin Bannu rayonunda hərbi obyektə intiharçı hücumlar olub.

Dünən Bannu bölgəsində iftar vaxtı, əsasən də təhlükəsizlik qüvvələrinin ofisləri və evlərinin yerləşdiyi hərbi bölgənin divarı yaxınlığında bomba yüklü maşınlar da daxil olmaqla intiharçı hücumları həyata keçirilmişdi.

Ardından bu gün də növbəti terror hücumunun gerçəkləşməsi hadisənin olduqca ciddi yön almasından xəbər verir. Dövlət orqanları vəziyyəti araşdırırlar.

Həyatını itirənlərin cəsədləri xəstəxanadan çıxarılaraq dəfn olunmaq üçün aparılıb.