13 aprel 2024-cü ildə İran tərəfindən ələ keçirilən MSC Aries yük gəmisinin görüntüləri ilk dəfə yayımlanıb.
Amerika mediası 2024-cü il aprelin 13-də Hörmüz boğazı yaxınlığında İsrailə aid yük gəmisinin ələ keçirildiyini açıqlayıb.
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Təşkilatına (UKMTO) görə hadisə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Oman dənizindəki Fuceyrə limanından 50 mil şimal-şərqdə baş verib.
İran mediası İnqilab Keşikçiləri Korpusunun İsraillə əlaqəsi olan Portuqaliya bayraqlı gəmini ələ keçirdiyini yazıb.
Associated Press xəbər verir ki, Portuqaliya bayraqlı MSC Aries gəmisi israilli iş adamı Eyal Oferin idarə etdiyi Zodiac Maritime şirkətinin bir hissəsidir.
İran tərəfindən ələ keçirilən İsrail gəmisinin görüntüləri yayıldı