HAMAS-ın azad etdiyi 6 girov İsrailə təhvil verilib

HAMAS İsrail ilə mübadilə razılaşması çərçivəsində altıncı girovu da təhvil verib.

Bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, girovlar Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib.

Qeyd olunub ki, bu gün azad edilən 6 girov artıq İsrail sərhədini keçib, ölkənin şərqindəki qarşılama məntəqəsinə çatıb.