Ali Məhkəmə Ələkbər Sadıqovun şikayətinə baxıb. Fevralın 19-da baş tutan iclasda məhkəmə onun barəsində 2024-cü il 1 fevral tarixində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından verdiyi şikayətinə baxıb.
Məhkəmə Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü, inanclı haqqında 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddə ilə çıxarılan qərardan şikayəti araşdırıb.
Sonunda hakim Teyyub Muxtarov qərarı elan edib. O, Ələkbər Sadıqovun cəzasından 4 ay azaldaraq cəzanı 4 il 3 aydan 3 il 11 aya endirib. Bununla da məhkəmə iclası yekunlaşıb.
Xatırladaq ki, Sadıqov Ələkbər İsrafil oğlu 2023-cü il aprelin 1-də saxlanılmış və barəsində narkotiklərlə bağlı saxta ittiham irəli sürülmüşdü. Məhkəmə qeyd edilən ittiham üzrə Sadıqovu müqəssir bilərək onu 4 il 3 ay müddətinə azadlıqdan məhrum etmişdi.
Ali Məhkəmə Ələkbər Sadıqovun cəzasından 4 ay azaldıb