İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei Tehranda Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad əl-Nahalə və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Ayətullah Xamenei görüş zamanı Qəzza zəfərini təbrik edib və deyib; “Fələstin müqavimətinin liderləri və döyüşçülərinin birliyi, düşmənə qarşı güclü mövqeyi və mürəkkəb danışıqlar prosesini irəlilətmək üçün göstərdikləri böyük səylər, eləcə də Qəzza xalqının göstərdiyi səbr və mətanət müqaviməti regionu qürurlandırıb”.
İslami müqavimət və Qəzzə xalqının düşmən sionistlərə və ABŞ-a qarşı əldə etdiyi uğuru böyük bir qələbə kimi xarakterizə edən Ayətullah Xamenei, “Bu qələbə müqavimət mübarizələrində yeni bir səhifə açdı” deyib.
“ABŞ-ın Qəzza planı heç bir nəticə verməyəcək”
Ayətullah Xamenei ABŞ-ın Qəzza və Fələstinlə bağlı təklif etdiyi bəzi axmaq planlara toxunaraq, “Bu planlar heç bir nəticə verməyəcək və il yarım əvvəl müqaviməti qısa zamanda məhv edəcəklərini iddia edənlər indi kiçik qruplar halında öz əsirlərini müqavimətdən götürür və çoxlu fələstinli məhbusları geri qaytarırlar” deyə bildirib.
Fələstin müqavimətinin sionist məhbusları təslim etmə üsulunun müqavimətin böyüklüyünü göstərdiyini qeyd edən Ayətullah Xamenei, “Hazırda dünya ictimai rəyi Fələstinin tərəfindədir və bu şəraitdə müqavimətin və Qəzza xalqının razılığı olmadan heç bir plan nəticə verməyəcək” deyə qiymətləndirmə aparıb.
ABŞ-ın Qəzza planı heç bir nəticə verməyəcək