Afrikada uşaqlar üçün Quran müsabiqəsi keçirilib

Afrika ölkəsi olan Tanzaniyada uşaqlar üçün maraqlı bir Qurani-Kərim müsabiqəsi keçirilib.

Tədbir Hz.Abbas (ə) Ziyarətgahının Mədəniyyət və Təfəkkür İdarəsi tərəfindən təşkil edilib.

İştirakçılar Quranın qısa surələrinin əzbərlənməsi istiqamətində yarışıblar.

Sonda iştirakçılar və yer tutanlar mükafatlandırılıblar.

Yarışmanın məqsədi Afrikada müqəddəs Quranın daha da çox təbliğ və təşviqidir, fərqli ictimai qrupların Qurani-Kərimlə olan ünsiyyətini gücləndirməkdir.

Qeyd edilib ki, Afrika gəncləri və uşaqları arasında Qurana dair məlumatlılığının artırılması üçün qitədə Qurani-Kərim kursları və yarışlar keçirilir.