İordaniya vətəndaşları ölkə daxilində keçirilən etiraz aksiyaları ilə ABŞ prezidentinin həyasız planına qəti şəkildə qarşı olduqlarını bəyan ediblər.
Əl-Cəzirə telekanalının məlumatına görə Abdullahın ABŞ-a səfəri və prezident Donald Trampla görüşü öncəsi onlar dünən Əmmanda və İordaniyanın digər qubernatorluqlarında genişmiqyaslı nümayişlər keçirərək Trampın Qəzza zolağı sakinlərini İordaniya və Misirə zorla köçürmək planına qarşı olduqlarını bildiriblər.
Əl-Cəzirə televiziyası İordaniyada görünməmiş bir hərəkətlə bütün etiraz və nümayişlərin fələstinlilərin məcburi köçkünlüyünə qarşı çıxmaq şüarı altında təşkil edildiyini bildirib.
Bu dəfə təkcə İordaniyadakı islami hərəkatlar deyil, tayfalar və siyasi partiyalar da Trampın planına qarşı çıxıb, aksiyalara qoşularaq Trampa qarşı şüarlar səsləndiriblər.
Ölkə boyu keçirilən etiraz aksiyalarının iştirakçıları vurğulayıblar ki, İordaniya hakimiyyəti Trampın təhlükəli planına qarşı açıq mövqe nümayiş etdirməli və İordaniyanın Fələstinə alternativ dövlətə çevrilməsinin qarşısını almalıdır.
İordaniya parlamentinin üzvü Yenal Fərihat bu etirazlar zamanı verdiyi açıqlamada “Qəzza zolağı Trampın şəxsi mülkü deyil” deyib. İordaniyanın aparıcı qəbilə liderlərindən biri olan Tirrad əl-Fayez Trampın planını “dəli, qəddar və İordaniyanın suverenliyinə hücum” adlandırıb.
İordaniyada Trampın planına qarşı etirazlar başlayıb