ABŞ Prezidenti Donald Tramp İsrail Baş Naziri Benyamin Netanyahu ilə Ağ Evdə keçirdiyi görüşdə Qəzza zolağındakı fələstinlilərin durumunu müzakirə edib.
“Fikrimcə onlara yaxşı, təzə, gözəl torpaq verilməlidir və biz onu qurmaq üçün bəzi adamlardan pul cəlb edirik ki, onu yaxşı etsinlər, yaşamlı və xoş etsinlər, evə çevirisinlər,” Tramp Netanyahu ilə görüşdən əvvəl deyib.
Qəzzanı dağıdılmış inşaat yeri kimi xarakterizə edən Tramp məsələni müharibədən dağıntılarına mərzu qalmış fələstinlilər üçün alternativ təklif olaraq irəli sürüb.
“Hazırda onların seçimi yoxdur. Onlar nə edəcəklər? Onlar Qəzzaya qayıtmalıdırlar. Ancaq Qəzza nədir? Orada praktiki olaraq bina qalmayıb.”
Ötən günlərdə yüz minlərlə fələstinli Qəzzanı cənub hissələrindən şimalda evlərinə doğru hərəkət etməyə başlayıblar. Bu, HƏMAS-la girovların qaytarılması müqabilində atəşkəs razılığı əldə edildikdən sonra İsrailin onların evlərinə qayıtmasına icazə verməsinin sonra baş verib.
Trampa çərşənbə axşamı birgə mətbuat konfransı keçirən Netanyahu yenicə seçilmiş ABŞ prezidenti ilə Ağ Evdə görüşən ilk xarici dövlət başçısıdır.
Qəzza Zolağı haqda sualı cavablandıran Tramp deyib ki, o, ABŞ-ın həmin əraziyə nəzarət etməsini Yaxın Şərqə sabiltik gətirməyin yolu kimi görür.
Eyni mövzuda sualı cavablandıran Netanyahu başlıca məqsədlərdən birinin Qəzzanın bir daha İsrailə təhlükə törətməyəcəyinə əmin olmalı olduğunu deyib.
Tramp Netanyahu ilə görüşdə yenə Qəzzanı köçürməyi təklif edib