Suriyada avtomobil partlayıb, 3 nəfər ölüb

Suriyanın Mənbic şəhərində əhalinin sıxlıq təşkil etdiyi ərazidə avtomobil partlayıb.

Bu barədə "Al-Jazeera" məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində 3 nəfər ölüb və yaralananlar var.

Həmçinin əlavə edilib ki, yerli təhlükəsizlik orqanları tərəfindən araşdırmalar davam etdirilir.