Operativtv Az.shafaqna-ya istinadən xəbər verir ki, BGMİ Şeyxi Hacı Faiq Nəbiyev Şaban ayı və bu ayda olan mövludlar münasibətilə təbrik mətni yayıb.
Təbrikdə deyilir:
“Mübarək Şaban ayının gəlişi və bu mənəviyyat dolu bir ayda Həzrət İmam Hüseyn (ə), Həzrət İmam Səccad (ə) və Həzrət Əbəlfəzl Abbasın (ə) mövlud günləri münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.
Bu mübarək günlərdə Mütəal Allahdan dualarınızın, ibadət və itaətlərinizin ən ali dərəcədə qəbul olunmasını diləyirəm. Qoy, bu müqəddəs günlər bərəkət, ruzi, xeyir və səadət gətirsin, qəlblərimizi nur və imanla doldursun.
Hörmətlə,
Hacı Faiq Nəbiyev
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi“
BGMİ Şeyxi mövludlar münasibətilə təbrik etdi