Diktatura! Dünya üçün artıq mahiyyətini çılpaqlığı ilə anladan buxov. Dünənə kimi bu fikirlər müəyyən müəmma və ziddiyyətlər arasında təhlil olunurdusa, bu gün artıq məlum ifadə hər kəsə bəllidir. Bir dövlətdə rəhbər şəxsin düşüncə, fikir və diktəsi altında qanundan üstün yön almış məcburi idarəçilik üslubu diktaturadır. Vətəndaşının ancaq onun fikirlərini qəbul edəcək, diktəsi altında itaət göstərəcək bu sistem dünya üçün diktatorların aydın tablosunu yaradır.
Diktaturanın hökm sürdüyü dövlətlərdə təkcə daxili qanunsuzluq məcburi, sərt qadağa altında tətbiq edilmir, eyni halda buna etirazı düşüncəsinə gətirən şəxs də amansızcasına hədəf altındadır. Medianın əsarət zəncirinə bürünüb cüzi yalla milyardların mənimsənilməsinə haqlılıq donu geydirən dövri mətbuat diktaturanın təməl prinsipərinin qoruyucularındandır.
Cəzasızlıq mühitinin hakim olduğu idarəçilik quruluşunun azadlıq sərhədləri, onu təkcə sistemi qorumaq kimi missiya ilə məhdudlaşdırmır. Məmur özbaşnalığı xalqın istismar olunaraq ən amansız davranışla üzləşməsi də həmən sistemin ortaya qoyduğu nəticədir.
Məlum quruluş, diktatura sistem olaraq təkcə daxili tənəzzül amilinə imza atdırmır. Eyni zamanda xarici siyasəti öz hakimiyyət maraqlarına qurban verərək ölkənin dost-düşmən sərhədlərini öz kor baxışları ilə müəyyən edir. Böyük əksəriyyətinin düşmən cəbhəsi yaratdığı diktatur idarəçiliklərdə yalnız dost dövlətlər şəxsi maraq və böyük ambisiyalar üçün müəyyən olunur ki, onun acı nəticələri sonunda bir xalqın üzləşdiyi təhlükədir.
Düz və əyri meyarını medianın siması ilə ört-basdır edən diktatur quruluşlarda azad anlayışlı istənilən mümkün fikir əzilərək məhkum edilir. Belə rejimlər manatonluq nümayiş etdirərək yalnız bir baxışa tabe olaraq eyniliyə məhkumdurlar.
O zamana kimi ki, xalq diktatura və bu məngənə altında əzilməyi rədd etsin. Diktənin rəddi yalnız haqqın çığırtısıdır.
Nəfəs kəsən mühit