"Bir daha AŞPA-nı 2025-ci ilin yanvar sessiyasında Azərbaycanın səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün aydın və ölçü meyarlarını hazırlamağa çağırırıq”.
Bunlar 10 beynəlxalq hüquq-müdafiə təşkilatının Avropa Şurası Parlament Assambleyasının üzvlərinə müraciətində yer alıb.
Müraciət müəllifləri hesab edirlər ki, Bakı "daim beynəlxalq mexanizmlərlə əməkdaşlığın olmamasını nümayiş etdirir və insan hüquqlarının sistemli şəkildə pozulmasını həll etmir".
Həmçinin qeyd olunur ki, son ildə Azərbaycan Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsi ilə əməkdaşlıqdan imtina edib.
Müraciətdə bildirilir ki, Azərbaycan hakimiyyəti uydurma ittihamlar üzrə siyasi motivli həbslərlə vətəndaş cəmiyyətini, jurnalistləri və fəalları təqib edərək özgə fikirlilərə qarşı repressiyaları artırıb.
Müraciətdə aşağıdakı cinayət işləri yada salınır: Afiyəddin Məmmədov, Bəxtiyar Hacıyev, Rail Abbasov, İlhamiz Quliyev, politoloq Azər Qasımlı, hüquq müdafiəçisi Rüfət Səfərov, Anar Məmmədli, gənc tədqiqatçılar İqbal Abilov və Bəhruz Səmədov, müxalifətçi siyasətçilər Qubad İbadoğlu, Tofiq Yaqublu və Akif Qurbanov, “Abzas Media”, “Toplum” TV, “Meydan” TV, “Kanal”13 və digər işlər üzrə həb edilən jurnalistlər.
Petisiyanı aşağıdakı təşkilatlar imzalayıbq: Azərbaycanda repressiyalara son qoyulması üzrə Kampaniya, Jurnalistləri Müdafiəsi Komitəsi, Freedom Now, İnsan Hüquqları Evləri Fondu, Human Rights Watch, İnsan Hüquqları Rəsədxanası çərçivəsində Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq, Niderland Helsinki Komitəsi, Norveç Helsinki Komitəsi, İnsan Hüquqları Rəsədxanası çərçivəsində İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı (OMCT).
ToplumTV
10 beynəlxalq hüquq-müdafiə təşkilatı AŞPA üzvülərini Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini bərpa etməyə çağırıb