Daha 3 məhbusun həbsxanada dünyasını dəyişdiyi deyilir

Bu günlərdə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində üç məhkumun öldüyü bildirilir.
Len.az Penitensiar Xidmətə istinadən ölən məhbusların adlarını da açıqlayıb: Əli Hüseynov, Qalib Mahmudov və Soltan Ağayev.
Amma qurum onların hansı səbəbdən öldükləri barədə məlumat verməyib.
Bir neçə gün öncə daha iki məhbusun öldüyü barədə xəbər yayılmışdı. Onlardan biri - Tural Nağıyevin 7 saylı cəzaçəkmə müəssisəisndə işgəncə və təhqirlərə dözməyərək intihar etdiyi deyilirdi.
Penitensiar Xidmət adətən məhbusların xəstəlikdən öldüklərini bildirir.