İndoneziyada IV Beynəlxalq Quran Tilavəti müsabiqəsi keçiriləcək

İndoneziyada 4-cü Beynəlxalq Quran Tilavəti Konkursu keçiriləcək.

Tədbirin təşkilatçısı İndoneziyanın Din Nazirliyidir.

Konkurs paytaxt Cakartada keçiriləcək, 28 noyabrda başlayacaq və 2 fevraladək davam edəcək.

Orada 38 ölkədən olan 60 işirakçı olacaq.

Konkursun keçirilməsində məqsəd İndoneziyanın İslam mədəniyyətinin mərkəzindəki mövqelərini möhkəmlətməkdir.

Qeyd edilib ki, dünyada ən çox müsəlman İndoneziyada yaşayayır – təxminən 237 milyon nəfər (ölkənin ümumi əhalisi təxminən 278 milyon nəfərdir).