Yüzə yaxın yaşı olan mərcə təqlid Həzrət Zəhra (s.ə) məclisinin önəmini əməlilə göstərdi

Operativtv Az.shafaqna-ya istinadən xəbər verir ki, mərcə təqlid müctehidi olan Ayətullah Şübeyr Zəncanı 96 yaşında olmasına baxmayaraq məsciddə keçirilən Həzrət Zəhra (s.ə) məclisinə gəlib.

Xanım Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibətilə təşkil olunan məclisdə iştirak edən mərcə təqlid müctehidi, ruhani alim bu cür məclislərdə iştirak etmənin önəmini əməlilə göstərib.

Onun bu addımı möminlər üçün ruhlandırıcı və örnək olmuşdur.