QMİ sədri Allahşükür Paşazadə Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunda deyib ki, bəzi din xadimləri vahid geyim formasına əməl etmir.
Onun sözlərinə görə, din xadimlərinin ruhani zümrə olaraq cəmiyyətdə nüfuzunun artırılmasında vahid geyim formasının tətbiqi xüsusi önəm kəsb edir.
QMİ sədri bildirib ki, vahid ruhani formasının qəbulunda məqsəd hər bir uniforma daşıyan peşə sahibləri kimi din xadimlərinin də cəmiyyət içərisində şəxsi məsuliyyətinin artırılması və ictimai nüfuzunun təmin edilməsidir:
"Təəssüflər olsun ki, bəzi din xadimlərinin bu qaydaya riayət etməməsi, xarici görünüşlərinə laqeyd yanaşması, vahid geyim formasına əməl etməməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmır".
Bəzi din xadimləri vahid geyim formasına riayət etmirlər