İmam Hüseyn (ə) ziyarətgahı gül-çiçəklə bəzədildi

Operativtv Az.shafaqna-a istinadən xəbər verir ki, Kərbəlada İmam Hüseyn (ə) ziyarətgahında Xanım Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibətilə ziyarətgah gül-çiçəklə bəzədilib.Bu gözəl mərasimi zəvvarlar qırağdan izləyiblər.

Daha sonra tədbir keçirilib. Tədbir ziyarətgah kompleksinin xadimlərinin iştirakı ilə baş tutub. Ənənəvi olaraq hər il keçirilən bu simvolik “təbrik tədbirində” İmamlara (ə) təbriklər təqdim olunub və Həzrət Fatimə (s.ə) haqqında şeir və mədhiyyələr oxunub.