Operativtv Az.shafaqna-ya istinadən xəbər verir ki, Nəcəfül Əşrəfdə İmam Əli (ə) ziyarətgahında Ümmül Bənin (s.ə) xüsusi hörmət və ehtiramla yad edilib. Onun vəfat günü münasibətilə təşkil olunan mərasimdə iman, fədakarlıq və vəfa timsalı olan bu möhtərəm xanımın həyatı xatırlanıb.
Ümmül Bənin (s.ə), Xanım Zəhranın (s.ə) vəfatından sonra İmam Əlinin (ə) həyat yoldaşı olmuş və ailənin ən dəyərli üzvlərindən biri kimi tanınmışdır. O, sədaqəti və hikməti ilə tanınır, övladlarını Əhli-Beytə bağlılıq ruhunda böyütmüşdür. Onun övladlarından biri – Həzrət Əbəlfəzl Abbas (ə) Kərbəla hadisəsindəki qəhrəmanlığı və qardaşına olan sədaqəti ilə tarixə düşmüşdür.
Bu günlərdə Nəcəfə üz tutan zəvvarların sayı xeyli artmışdır. Onlar İmam Əlinin (ə) ziyarətgahına gələrək Ümmül Bəninin (s.ə) vəfatı münasibətilə o həzrətə başsağlığı verirlər.
Ümmül Bənin (s.ə) Kərbəla faciəsi zamanı şəhid olan övladlarına görə böyük kədər içində olmasına baxmayaraq, öz dərdini yox, İmam Hüseynin (ə) müsibətini hər kəsə çatdırmış və həqiqətin carçısına çevrilmişdir. Onun fədakar ana obrazı tarix boyu müsəlman qadınlarının mənəvi simvoluna çevrilmişdir.
İmam Əli (ə) ziyarətgahında keçirilən bu anım mərasimi də Ümmül Bənin (s.ə) kimi nəcib və sədaqətli bir ananın ruhuna dərin hörmətin ifadəsi idi. Bu günlərdə müsəlman dünyası, xüsusilə də Əhli-Beyt sevərlər, onun yüksək məqamını, fədakarlığını və övladlarına aşıladığı dəyərləri böyük ehtiramla yad edirlər.
İmam Əli (ə) ziyarətgahında Ümmül Bənin (s.ə) yad edilib