Beynəlxalq ictimaiyyət sionist rejimi dayandırmaq üçün ayağa qalxmalıdır

Tehranın müvəqqəti cümə namazı xətibi Ayətullah Xatəmi vurğulayıb ki, beynəlxalq ictimaiyyət bu rejimi dayandırmaq üçün ayağa qalxmalıdır.

Bu həftənin Tehran Cümə Namazı Ayətullah Seyid Əhməd Xatəminin imamətliyi ilə qılınıb. Xatib gündəmdəki son hadisələrlə bağlı açıqlamalar verib.

İranın Suriyadakı mövcudluğu ilə bağlı Ayətullah Xatəmi “Biz Suriyaya iki məqsədlə daxil olduq. Məqsədlərdən biri də müqəddəs ziyarətgahları qorumaq idi. Çünki İŞİD müqəddəs yerləri dağıtmaq niyyətində idi. İkinci məqsədimiz regionda təhlükəsizliyi təmin etmək idi” söyləyib.

Ayətullah Xatəmi İnqilab Rəhbəri Ayətullah Xameneinin “İŞİD-in güvənsizlik bombasıdır” ifadəsinə toxunaraq, “Müqəddəs hərəm müdafiəçilərinin şəhidlərinin qanından yeni müqavimətlər yaranacaq və işğalçıları Suriyadan qovacaq” deyib.

Ərəb Liqası, region ölkələri, Səudiyyə Ərəbistanı, Misir və İordaniyaya müraciət edən Ayətullah Xatəmi deyib: “Mən açıq şəkildə deyirəm ki, sionist rejim Suriyanın bütün infrastrukturunu daha da işğal etmək və məhv etmək üçün Suriyadakı vəziyyətdən istifadə edir. Sionist rejimin məqsədi Nildən Fərata qədər əraziləri uzatmaq idi. Çox gec olmadan bu dəli iti dayandırın”.

Ayətullah Xatəmi vurğulayıb ki, beynəlxalq ictimaiyyət bu rejimi dayandırmaq üçün ayağa qalxmalıdır.