Fransada aparılan bir araşdırma, hicablı tələbələrin peşə təhsili üzrə iş müraciətlərində digər qız tələbələrə nisbətən daha az müsbət cavab aldığını ortaya qoyub.
Fransanın Qustav-Eyfel Universitetinə bağlı Ali Təhsildə Ayrı-seçkilik və Bərabərlik üzrə Milli Rəsədxana dekabrın 9-da ölkədə iş müraciətlərində hicablı müsəlman tələbələrin üzləşdiyi ayrı-seçkiliyə dair hesabatını dərc edib.
Hesabatda, 2005-ci il təvəllüdlü mühasibatlıq birinci kurs tələbələrinin hicablı və hicabsız qız tələbələrinin peşə təhsili çərçivəsində 2 min şirkətə göndərilən 4 min müraciətə verilən cavablar araşdırılıb.
Cavabların “müraciətə müsbət cavab”, “müraciətə mənfi cavab” və “müraciət prosesinin davamı” kateqoriyaları üzrə qiymətləndirildiyi araşdırmaya görə, hicablı tələbələrin böyük əksəriyyəti ayrı-seçkiliyə məruz qalıb.
Hicablı tələbələr peşə təhsili üzrə iş müraciətlərində digər qız tələbələrlə müqayisədə 81,4 faiz mənfi cavab alıblar.
Hicablı fransız tələbələrin yüzdə 2,46-sı peşə təhsili üçün iş müraciətlərindən müsbət cavab alsa da, hicabsız fransız qızlar üçün bu nisbət yüzdə 13,26 olub.
Şərq əsilli qız tələbələr, fransız əsilli qız tələbələrlə müqayisədə peşə təhsili üzrə iş müraciətlərinə daha çox mənfi cavablar alıblar.
Hicablı tələbələrin müraciətlərinə müsbət reaksiya nisbəti yüzdə 1,19 olaraq qalarkən, hicabsız qız tələbələr üçün bu nisbət yüzdə 7,86-dır.
Araşdırma, hər 3 hicablı tələbədən yalnız birinin müraciət prosesini davam etdirməyə qərar verdiyini ortaya qoyub.
Fransada hicab yenə hədəfdədir!