Məktəb drektorunun da qatıldığı 300 uşaq məsciddə sübh namazı qıldı

Rusiyada yüzlərlə uşaq məscidə gələrək camaatla qılınan sübh namazında iştirak edib.

Rus mediası xəbər verr ki, Dağıstan Respublikasının Qızılyurd rayonunun Sultan-Yangi-Yurt kəndində təxminən 300 uşaq eyni anda məscidə gəlib.

Sübh namazına həmçinin kənd məktəbinin direktoru da qatılıb. O, Allaha ibadət üçün məscidə gələn uşaqlara minnətdarlığını bildirib və deyib ki, yuxunun şirin vaxtında oyanaraq Allaha ibadət etməyin özü böyük bir şücət və mərdlikdir.

Namazdan sonra məscid rəhbərliyi uşaqlara mükafatlar və hədiyyələr veriblər.

Qeyd edilib ki, uşaqlar müntəzəm şəkildə məsciddə sübh namazına qatılırlar.

 

 

 

Az.shafaqna.com