Hüquq müdafiəçisi Rüfət Səfərov ictimaiyyətə müraciət edib. Vəkili Elçin Sadıqov tərəfindən yayımlanan müraciətdə o, həbsinin səbəblərini də qeyd edib. Müraciətdə deyilir:
"Həyatımdan narazı deyiləm. Dissident həyatını özüm seçmişəm. İnsanları və insanlığı müdafiə etmək bir şərəfdir.
İki gün sonra ABŞ-a gedəcəkdim. Belə ki, ilin güclü hüquq müdafiəçisi kimi mükafata layiq görülmüşdüm. Bəri başda mənim namizədliyimi verən U.S. Embassy Baku / ABŞ-nin Azərbaycandakı Səfirliyi səfiri cənab Libbiyə və namizədliyimi dəstəkləyən ABŞ Dövlət Katibi cənab Blinkenə öz dərin təşəkkürümü bildirirəm.
Rəsmi Bakı mənim həmin mükafatı almağımın qarşısını almaq və hüquq müdafiəçiliyimə görə məni cəzalandırmaq məqsədiylə məni həbs etdi.
Həbs edildikdən sonra bildim ki, vicdan məhbusu Famil Xəlilov azad edilibdir. Onu və digər siyasi, vicdan məhbuslarını müdafiə etdiyim üçün xoşbəxtəm. İctimaiyyətdən xahiş budur ki, digər vicdan və siyasi məhbusların müdafiəsinə daha çox vaxt ayırsınlar.
Atam ağır parkinson xəstəsidir və əməliyyatdan yeni çıxıbdır. Həyatı tükdən asılıdır, onu hər an itirə bilərik. Atamdan xahişim odur ki, azadlığa çıxana qədər məni gözləsin.
İmza: Rüfət Səfərov"
Xatırladaq ki, Rüfət Səfərov 3 dekabr axşama doğru Binəqədi RPİ-nin işçiləri tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyi hüquq müdafiəçisi Rüfət Səfərovun saxlanılmasının səbəbini torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişənin olduğu bildirilib.
“Hüquq müdafiəçiliyimə görə məni cəzalandırmaq məqsədi ilə həbs ediblər”