Azərbaycan və İranın xarici işlər nazirləri Naxçıvana yolun tikintisini müzakirə ediblər

Dekabrın 3-də Məşhəd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 28-ci  toplantısı çərçivəsində Azərbaycan və İran Xarici İşlər nazirlikləri rəhbərlərinin  görüşü olub.

Ceyhun Bayramov və Araqçı iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat və kommunikasiya, enerji təhlükəsizliyi və birgə layihələr üzrə  Azərbaycan-İran əməkdaşlığına dair məsələləri müzakirə ediblər.

Naxçıvan Muxtar Respublikası və Şərqi Zəngəzur iqtisadi rayonu arasında əlaqənin tezliklə başa çatdırılmasının, həmçinin əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi təsdiqlənib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X platformasındakı hesabında deyilir.

 

Turan.az