Siyasi məhbus Natiq Həşımov ölüm aclığına başlayıb

Hazırda 17 saylı Cəzaçəkmə Müəsissəsində saxlanılan siyas məhbus Həşimov Natiq Mirzəki oğlu 30 noyabr tarixindən aclıq aksiyasına başlayıb. O, bu barədə telefon zəngində bildirib:
“Mən 30 ildir ağır şəkər xəstəsiyəm. Pentensiar Xidmətin Müalicə Müəssiəsində şəkərimə görə müalicə alırdım. 30 noyabr, səhər məni qəfil 17 saylı Cəzaçəkmə Müəssisəsinə geri qaytardılar. Mənə köçürülmə ilə bağlı heç bir xəbərdarlıq edilmədiyinə görə çəkələkdə çıxdım ordan. Bütün dərmanlarım da orda qaldı. Müalicəm başa çatmamış, heç bir səbəb göstərilmədən məni qəfil, xəbərsiz köçürdüklərinə görə ilk gündən aclıq aksiyasına başlamışam və insulindən imtina etmişəm. Artıq evə zəng etməkdən də imtina etmişəm.”
Natiq Həşimov onu da bildirib ki, ona qarşı bu haqsızlığı Müalicə Müəssisəsinin Vüsalə və Qulu adlı həkimlər edib:
“Məni 17 saylı Cəzaçəkmə Müəsissəsindən Müalicə Mərkəzinə Pentensiar Xidmətin Əməliyyat-rejim İdarəsinin rəisi Fikrət Qafarov göndərmişdi. O, cəzaçəkmə müəssiəsnə gələndə mənim vəziyyətimi gördü və dedi ki, sən müalicə olunmalısan. Mənə bu problemi Pentensiar Xidmət deyil, həkimlərim Vüsalə və Qulu yaradıb. Şəkər 600-ə, qan təzyiqim 160-a qalxır. Hər an komaya düşə bilərəm. Bütün bunlara baxmayaraq, aclıq aksiyasını dayanadırmayacam. Başıma gələcək hər hansı xoşagəlməz nəticəyə görə Müalicə Müəssisəsinin həkimləri Vüsalə və Qulu səbəbkardır. Mən qidadan imtina etmişəm ancaq su içirəm və içdiyim suyu da qusuram. Qollarıma girib məni ayağa qaldırırlar”
Qeyd edək ki, 1984-ci il təvəllüdlü Sumqayıt sakini, ikinci qurup əlil Həşimov Natiq Mirzəki oğlu 12 may 2023-cü il tarixində saxlanılıb. Onu Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları saxlayıb və haqqında CM-nin 234.4.3 maddəsi ilə cinayət işi açılıb.
Sumqayıt şəhər Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrlyi ilə keçirilən məhkəmədə 4 ay istintaq müddəti təyin edilib.
24 iyun 2024-cü il tarixində Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə 234.4.3 maddəsi 234.1-1-ə tövsif olunub. Məhkəmənin hökmü ilə Natiq Həşimov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Natiqin ailəsi bildirib ki, ona Sumqayıt Polis İdarəsində dəhşətli işgəncələr veriblər: “Natiq polislərin yazdığı ifadəyə imza atmadığına görə ona çox işgəncə veriblər. Lakin Natiq dözüb. Sonunda Natiqi ailəsi ilə təhdid ediblər deyə, o, ifadəyə imza atıb. Polislər Natiqin “göy cins şalvarının sağ cibindən 7,147 qram heroin aşkarlasıqlarını” iddia etsələr də bu iftiradır. Natiqin cibinə narkotiki polislər qoyub və bundan sonra videoçəkliş ediblər.”
Natiq Həşimovun ailəsi onu da bildirib ki, saxlanılarkən onun üzərində olan gümüş üzüyü, pulları və sürücülük vəsiqəsi bu günə qədər geri qaytarılmayıb.