İran İslam İnqilabı Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti İran-Azərbaycan arasında birgə təlimləri bu həssas bölgənin tarixində sülh və təhlükəsizliyin bərqərar olmasında dönüş nöqtəsi olaraq dəyərləndirib.
İran İslam İnqilabı Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti İran və Azərbaycan arasında keçirilən birgə təlimə toxunaraq deyib: “İki ölkə arasında qarşılıqlı etimadın artdığını göstərən bu təlimlər dönüş olacaq. Allahın izni ilə bu həssas bölgənin tarixində sülh və təhlükəsizliyin bərqərar edilməsində bir nöqtədir.”
“İran və Azərbaycan arasında birgə təlimin əhəmiyyəti nədir?" Vilayəti sualı cavablandırarkən deyib: “İran və Azərbaycan arasında birgə hərbi təlim İnqilab Rəhbərinin Cənubi Qafqazla bağlı ehtiyatlı siyasətlərinin nəticəsi olaraq mühüm hadisədir və İran və Azərbaycan arasında qardaşlıq və mehriban qonşuluq münasibətlərinin getdikcə möhkəmləndiyini göstərir.
İran və Azərbaycan kimi çox az xalq bu qədər yaxındır, çünki bu iki ölkənin tarixi, dini, dili, mədəniyyəti, ənənəsi və ortaq maraqları var.”
İran İnqilab Keşikçiləri Quru Qoşunları və Azərbaycan Silahlı Qüvvələrinin xüsusi əməliyyat bölmələri noyabrın 25-də İranın Ərdəbil əyalətinin Aslandüz sərhəd rayonunda “Aras birgə təlimi” adı altında təlim həyata keçirilib.
Bu təlimin məqsədi ikitərəfli münasibətləri gücləndirmək, mütəşəkkil qeyri-qanuni silahlı birləşmələrə qarşı mübarizədə birgə əməkdaşlıq, ümumi sərhədlərin təhlükəsizliyi, hərbi potensialın artırılması və iki ölkənin mənafeyinə uyğun olaraq bağlanmış razılaşmalar əsasında taktiki və əməliyyat səviyyəsində müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi olub.
İran-Azərbaycan təlimləri qarşılıqlı etimadın artmasının göstəricisidir