İki böyük müharibənin həlli; Ehtimallar nəyi söyləyir?
Dünyanın diqqət mərkəzində duran 2 müharibə və hər ikisinin həllinə dikilən nəzərlər. Amerikanın yeni seçilən prezidenti Donald Trampın seçkiqabağı və sonrası belə vəd etdiyi Ukrayna və Fələstin müharibələrinə son verəcəyi haqda vədlərin zamanı yaxınlaşdıqca, hər iki müharibə daha aktiv mərhələyə qədəm qoyub. Maraqlı fakt, hər iki müharibənin elə başdan ayağa Amerikanın böyük yardımı ilə davam etməsi, ABŞ-ın bu müharibələri dəstəkləməsi olub.
Hal hazırda hər iki tərəflərin sayının yüzminlər üzərindən olduğu qurbanları ilə söylənilən müharibələr öz aktivliyi ilə davam edir. Ehtimallar da müharibənin Tramp hökumətinin rəsmi inaqurasiyasından sonra həlli istiqamətində addımların atılacağıdır. Şübhəsiz Amerikanın dəstəyi ilə genişlənən müharibənin (dəstək verməyəcəyi halda müharibə çoxdan həlli yollarını axtarardı) elə ABŞ maraqları çərçivəsində də davam etdiyi bəllidir. Amerika müharibəni maraqları çərçivəsində genişləndirmək üçün bura silah və sursatla yanaşı ağlasığmaz maddi pul yardımları da ayırıb.
Bundan əlavə, müttəfiq dövlətlərinə eyni səmimiyyətlə “xahiş” edərək onları da maraqlı olduğu müharibə tərəflərinin yanında olmalarını onlardan istəyib ki, nəticədə bu dəstəyi ala bilib. Məlum hal budur ki, Amerikanın müharibədə marağı onun burada dinc insan itkisi, xəstəxanaların bombalanması, qaçqın düşərgələrinin oda tutulması, məktəblərin və məscidlərin dağıdılması daxil, su və dərman ehtiyatları blokada səbəbindən həyati əhəmiyyətli qidaların çatdırılmasının qarşısına maneə olan müttəfiq tərəfləri görməzliydən gələ də bilir.
Bu isə müharibənin dayandırılmasında da eyni yanaşmanı sərgiləyəcəyi mənasını verir. Amerikanın böyük rəhbərlərinin söylədiyi kimi “Amerika dövlətinin dostu yoxdur, onun maraqları var” rakursundan yanaşdıqda müharibə Amerikanın maraq bucağı ilə də sona yaxınlaşmalıdır. Əgər müharibənin qarşı tərəfləri diqqətə alınarsa, bu, Ukrayna müqabilində Rusiya olduğu kimi, İsrail müqabilində də Fələstin, Livan birliyi və ya iki təşkilat ittifaqı qədər bir cəbhə göstərilə bilər.
Bunlardan Rusiyanın eyni maraqlarla Amerika masasına oturması ehtimalı hər iki tərəfin maraqlarına xidmət edən danışıq paketini aktuallaşdıracaq. Sadə məntiq bu Rusiya-Ukrayna savaşının indiki vəziyyətdə dayandırılması (Rusiyanın tutduğu yerlər onda qalmaqla-hansı ki, Tramp hökuməti bunu artıq səsləndirib) müqabilində Rusiyadan qarşılıqlı razılıq alması olacaq. Maraqlar isə o andaca ikinci müharibəyə, İsrail və Fələstin-Livan müharibəsinə dikiləcək ki, Amerika üçün Ukraynanın bir hissəsini xərcləmək qarşısında maneə olan Yaxın Şərqdə genişlənən müqavmətə qarşı həlledici qərar vermək olması dəqiqdir.
Ehtimallar Rusiya-Amerika razılaşması Yaxın Şərq məsələsində Rusiyanın neytrallaşdırılması, bu məsələdə müttəfiq cəbhədən hərtərəfli uzaqlaşması kimi istəklər olacaq. Digər ehtimalla isə Rusiya üçün tamamilə əlverişli olan bu təklifi o, cani-dildən qəbul edəcək. Nəzərə almaq lazımdır ki, Rusiyanın Yaxın Şərqə təsirləri Suriya da daxil olmaqla yetərli əhəmiyyət daşıyır. Bu iki hegemon dövlətin növbəti razılığı əsasında Yaxın Şərqin müqəddəratında hələ də qara buludların olması ehtimalını gücləndirir.
İki böyük müharibənin həlli; Ehtimallar nəyi söyləyir?