Artıq İsrailə yetərincə baş ağrıları yaradan Hizbullah və onun lideri Nəsrullahın xüsusi olaraq bu terror planına əsas hədəf olması Qərb təhlilçilərinin təhlilində geniş yer alıb. 30 illik bir zamanı əhatə edən təşkilat liderinə qarşı terror planı artıq uzun illərdir ki, İsrailin əsas planlarındandır. Şeyx Abbas Musəvinin-keçmiş Hizbullah liderinin 1992-ci ildə terrora məruz qalmasından sonra Hizbullah hal-hazırkı liderinin qorunmasını xüsusi nəzarətdə saxlayır.
Abbas Musəvinin İsrail terrorundan sonra hərəkata təyin edilən Seyid Həsən Nəsrullahın seçildiyi ilkin illərdə kütlə ilə canlı görüşləri sonrakı dövrlərdə bir neçə Hizbullah rəsmisinin terroru səbəbindən həssas nöqtəyə gəldi. Təşkilatın idarə heyəti tərəfindən qəbul edilən qərar hərəkat liderini kütlə ilə ümumi kontaktdan çəkinməsini əsas bildi.
2006-cı ildə Hizbullahın İsraillə yaşanan 33 günlük müharibəsi Nəsrullahın öldürülməsi planına daha ciddi yön ayırdı. Lakin bu məsələ qeyd ediləcək qədər asan deyildi. Məsələ burasındadır ki, Hizbullah liderinin olduqca məxfi və məhdud görüşləri hansı şəraitdə və necə keçirilməsi tamami ilə sızmalardan qorunur.
Bu günün mediasında dolaşan çıxışlar əslində çəkilərək yayıma daxil edilən videomüraciətlərdir. Hizbullah liderinin bu videoçıxışları etməsi uzun illərdir ki, olduqca məxfi şəraitdə icra edilir. Elə bu da İsrailin hər növ cəsus şəbəkəsini bu məsələdə uğursuzluqla qarşı-qarşıya qoymaqdadır.
Ötən il Hizbullah liderinin smartfon telefonlardan imtina etmək barədə açıq çağırışları ardınca peycerlərə marağı qaçılmaz etdi. Şübhəsiz bu fürsəti düşünən İsrail kəşfiyyatı Nəsrullaha qarşı terror üçün əlverişli fürsət əldə etdiyini düşündü. Bunun üçün saxta şirkətin yaradılması, olduqca bacarıqlı olan mütəxəsslərin bu işə cəlb edilməsi İsrailin sonsuz arzularının gerçəkləşmə ümidlərinə köklənirdi. Böyük məsrəflərlə başa gələn peycerlərə yerləşdirilən partlayıcı qurğunun birbaşa Hizbullah döyüşçülərinin istifadədə olması Sionislərdə bu istifadəçilərdən birinin məhz Seyid Həsən Nəsrullah olacağı düşüncəsini məntiqə yaxın bildi.
Bu məsələdə İran Prezidentinin inaqurasiya mərasimi gecəsi HƏMAS liderinin öldürülməsi müqavimət liderlərinin ortadan qaldırılma istəklərinə stimul da sayıla bilərdi.
İsrail bu planına müəyyən zamanda yuvanaraq peycerlərin əksəriyyətinin tam işlək hala gəlməsini gözləməsi zəruri idi. O, bununla tam arxayınlıqla Seyid Nəsrullahın da bomba yüklü peycerdən istifadə edəcəyinə əsaslanaraq terrorun uğuruna ümid edirdi.
Bəlli zaman 17 sentyabr və bəlli dəqiqə 15:05 və Hizbullah liderini hədəfləyən terror!
Hər bir hesablamada insan zəkası nə qədər dərin düşünsə də, sonunda insan zəkasının da məhsulu olaraq qalır. Lakin bu zəkanın fövqündə duran bir İlahi iradə də var ki, həmişə insanın istəyi kimi hadisələrin dönməsini arzu etmir. Terror hadisəsi icra edildi. Son nəticələrə görə sayı 20-dən artıq şəxs öldürüldü, 3 minə yaxın, əksəriyyəti Hizbullah üzvülərindən ibarət insan bu terrorda müxtəlif xəsarətlər aldı. Lakin Seyid Həsən Nəsrullah, Hizbullahın lideri bu terrorda düşünülən kimi öldürülə bilmədi.
İndi vəziyyətin növbəti mərhələsi hesablanmalıdır. Bəlkə də İsrailin növbədənkənar toplantısı da məhz alınmayan terrorun sonrakı mərhələdə yarada biləcəyi çətinliklərə nə kimi cavabın olacağına hazırlıqdır.
Dəqiq bir söz söyləmək çətin olsa da, ehtimallar var!
Seyid Nəsrullaha yönəlik terror