UNRWA: Bir ay əvvəldən indiyədək Qəzzanın şimalına heç bir qida məhsulu daxil olmayıb

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) elan etdi ki, Qəzza zolağına humanitar yardım göndərilməsi bu mühasirədə olan bölgədəki ağır vəziyyətlə məşğul olmaq üçün kifayət deyil və bir aydan çoxdur ki, İsrail Qəzza zolağının şimalına heç bir qida məhsulunun daxil olmasına icazə vermir.

Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, UNRWA Qəzza zolağında vəziyyətin fəlakətli olduğunu və alınan yardımın son aylarda ən aşağı səviyyəyə çatdığını, oktyabr ayında isə yalnız 37 yardım maşınının mühasirəyə alınan əraziyə daxil olduğunu vurğulayıb.

UNRWA yardım agentliyi əlavə edib: Gündəlik 37 yük maşınının gəlməsi 2,2 milyon əhalisi olan bölgə əhalisi üçün kifayət deyil.

Birləşmiş Millətlər Təşkilatına bağlı olan bu təşkilat buna aydınlıq gətirib: Quru çörək və ya su istəyən Qəzza xalqından açıqlamalar alırıq, lakin İsrail BMT-nin bu əraziyə girməsinə icazə vermir.

UNRWA diqqət çəkib: Bir ay ərzində heç bir qidanın Qəzzanın şimalına daxil olmasına icazə verilməyib və BMT-nin bu əraziyə daxil olmaq üçün bütün tələbləri İsrailin müxalifəti ilə qarşılanıb.