İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri, müxalifət partiyası CHP üzvü Əkrəm İmamoğlu da COP29-a qatılanlar siyahısında yer alıb. Əslində bələdiyyə sədrinin belə bir tədbirə qatılması məntiqlə doğru da görünə bilər. Lakin bir “əmma” ilə ki, bu, ölkə rəhbəri və Azərbaycanın yaxın dostu olaraq İlham Əliyev tərəfindən dəfələrlə təqdim edilən Türkiyə Prezidenti Ərdoğanla müxalif cəbhəni bölüşən rəqiblərdən olmasın.
Maraqlı fakt ötən müddət ərzində İlham Əliyev və İmamoğlu arasında davamlı ziddiyyətin aydın göstərilməsi üzərindən sürən soyuq münasibətlər fonunda birdən Əkrəm İmamoğlunun COP 29-a dəvət alması, müzakirəyə səbəb olan maraqlı fikirləri ortaya qoyub: Həqiqətən də Ərdoğan və İlham Əliyev arasında soyuqluq varmı?
Bu yay Əkrəm İmamoğlunun İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyi qazandığı zamanda təbrikçilər içində İlham Əliyevin yer almaması əlbəttə, təkcə Ərdoğanla olan dosluq münasibətləri ilə məhdudlaşmırdı. İmamoğlunun Azaərbaycandakı rejim, idarəçilik sistemi haqqında soylədiyi sərt ifadələr də bu məsələdə az rola malik deyildi. İndi dəyişən nə olmuşdu, Ərdoğanla münasibətlərin soyuması, yoxsa Azərbaycanda siyasi vəziyyətin xeyli yaxşılaşması?
İlham Əliyevin öz təbiri ilə desək, baykot çağırışları bunu söyləməyə əsas verəcək ki, vəziyyət İmamoğlunun iddiasına əsasən elə bərbad olaraq qalır. Demək qalır ikinci məsələ...
Xatırladaq ki, COP29 layihəsi çərçivəsində Türkiyəli müxalifətçi Əkrəm İmamoğlu da Bakıya gəlib. O, bu barədə özünun "X" hesabında məlumat yayıb. O, səfər çərçivəsində bir sıra ziyarətlər və görüşlər keçirib.
"Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin məzarını və "Türk Şəhidliyi"ni ziyarət etdik. Daha sonra Brazilyanın, Yaponiyanın və Albaniyanın nümayəndələrilə birlikdə ekoloji və sosial mövzuda baş tutuan konfransda iştirak etdik", - İmamoğlu qeyd edib.
Bundan əvvəl Noyabrın 8-də Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Özgür Özəl CHP-nin Avropa Şurası Parlament Assambleyasında və Sosialist İnternasionalında Azərbaycanı müdafiə etdiyini bildirib.
Prezident İlham Əliyev isə bildirib ki, əvvəllər müəyyən yanlışlıqlar olub, amma bunlar keçmişdə qalıb. Əliyev Yeni Azərbaycan Partiyası ilə CHP arasında əməkdaşlığın müsbət istiqamətdə cərəyan etdiyini bildirib.
Türkiyəli müxalifətçi Əkrəm İmamoğlunun COP 29-a qatılması maraqlı suallar yaradıb