Pakistanda növbəti terror aktı: Məktəbə bombalı hücum edildi

Pakistanın Bəlucistan əyalətində məktəb yaxınlığında törədilən bombalı hücumda 5-i şagird və biri polis olmaqla 7 nəfər ölüb, 30 nəfər yaralanıb.

Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, Geo News televiziyasının məlumatına görə, Mastunq bölgəsində məktəb yaxınlığında patrul xidməti aparan polis maşınına bombalı hücum təşkil edilib.

Hücumda 5-i tələbə və 1-i polis olmaqla 7 nəfər həyatını itirib, 30 nəfər yaralanıb.

Səlahiyyətlilər ölən tələbələrin yaşlarının 10-13 arasında olduğunu, yaralananlar arasında 4 polis əməkdaşının olduğunu qeyd edib.

Partlayış nəticəsində ətrafdakı binalara və avtomobillərə də ziyan dəyib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Baş nazir Şahbaz Şərif və Bəlucistanın baş naziri Sərfaraz Buqti hücumu pisləyib.

Terrorçuların günahsız tələbələri və məmurları hədəf aldığını bildirən Buqti, bunun üçün cavab verəcəklərini vurğulayıb.