Həzrət Abbas (ə) ziyarətgahı livanlılara 4-cü yardım karvanını göndərdi

Operativtv Az.shafaqna-a istinadən xəbər verir ki, Kərbəlada Həzrət Əbəlfəzl Abbas (ə) ziyarətgahı evindən didərgin düşmüş livanlılara 4-cü yardım karvanını göndərib.

Məlumata görə, İsrail hücumlarına görə, Livanı tərk edən insanların bir çox hissəsi Suriyaya sığındığından bu yardımlar əsasən ora göndərilir.