Hacı Ramil Bədəlov bu həftə də silsiləvi “Tövbədən öncə” adlı çıxışını davam etdirib

İlahiyyatçı Hacı Ramil Bədəlov bu həftə ənənəvi cümə xütbələrini davam etdirib. Sosial media üzərindən canlı yayımlanan “Tövbədən öncə” adlı moizəsini 9-cu həftədir ki, davam etdirən ilahiyyatçı bu dəfə tövbənin mahiyyətinə toxunub. O, tövbənin insanın daxilində bir inqilab yaratdığını bildirib.

“Tövbə mütləq dəyişiklik gətirməli insanını qaydışına səbəb olmalıdır. Dəyişiklik iki formada özünü göstərə bilir. Həqiqi dəyişiklik və aldadıcı dəyişiklik.

Həqiqi dəyişiklik təsirlər, hadisələr müqabilində insana gələn müvəqqəti hal deyil. Hansısa vəziyyətin, çətin və acılı hadisənin qorxusu çox zaman bizi tövbəyə məcbur edən bir halət yaradır. Lakin zaman ötdükcə, hadisə unudulduqca o vəziyyət də zəifləyərək yoxa çıxır və nəticədə insan yenidən tövbədən öncəki vəziyyətinə dönüş edir.

Həqiqi tövbə dərk müqabilində addımdır. Yalnız belə bir tövbə daxili inqilab yarada bilər”

Moizəsinin davamında ilahiyyatçı həqiqi tövbənin yollarını da izah edib: “Həqiqi tövbə üçün ağıl mehvər rolunu oynayır. Tövbənin həqiqəti hissə yox, ağla əsaslanmalıdır. Ancaq ağıl da bu məsələnin həllində tək qüdrət sahibi deyil. Ağıl düşünə, pisi yaxşıdan ayıra bilir. Lakin ağıl bu işin icrasında bilgiyə ehtiyaclıdır. Buna görə də onun geniş və dolğun bilgiyə ehtiyacı vardır.

Mənbədən, insana lazım olan və dəyişdirilmədən insana çatdırılan bilgi ilahi vəhydir. Ağlın vəhyə ehtiyacı həqiqi tövbənin tək təminatçısıdır.”

Geniş çıxşının ardını gələn cümə günü davam etdirəcəyini bildirən Hacı Ramil Bədəlov söhbətinin sonunuda Azərbaycan xalqına bol-bol dualar edib.